Qarlı hava sıxlığa səbəb oldu – BU YOLLAR
Bizi izləyin

Qırmızı.az

Qarlı hava sıxlığa səbəb oldu – BU YOLLAR

Hazırda paytaxtın bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir. Sıxlığın əsas səbəbi yolların sürüşkən olmasıdır.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Belə ki, paytaxtın Nobel prospekti şəhər istiqamətində, Moskva prospekti, “Şamaxinka” dairəsi, Azadlıq prospekti, K.Marks dairəsində sıxlıq müşahidə olunur.

Həmçinin Binəqədi şossesinə gələn və oradan K.Marks dairəsinə gedən yolda da sıxlıqdır.

Məlumatda bildirilir ki, yolların buz bağlaması körpülərin üstündən və tunellərdə avtomobillərin hərəkət sürətinin aşağı enməsinə səbəb olub. Bu da həmin yollarda sıxlıq yaradıb.

Hazırda A.Nemətulla küçəsindəki tunel və 20 Yanvar dairəsindəki körpüdə də sıxlıq müşahidə edilir.

NİİM-dən onu da bildirdilər ki, paytaxt sakinləri hava şəraitini nəzərə alaraq bu gün şəxsi nəqliyyatdan az istifadə edib. Yollarda, əsasən, avtobuslar hərəkət edir. Sərnişinlər avtobus və metrolardan istifadə edirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm