Rayonlara gedən yollarda vəziyyət - yollar açıqdır
Bizi izləyin

Qırmızı.az

Rayonlara gedən yollarda vəziyyət - yollar açıqdır

Respublikanın rayonlarına gedən yollar açıqdır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Publika.az-a respublika əhəmiyyətli yollardakı vəziyyət barədə məlumat verib.

Yollardakı vəziyyət:

Bakı-Şamaxı yolunda qar yağır, lakin aidiyyəti qurumlar tərəfindən yollar təmizlənib və yol açıqdır.

Muğanlı-İsmayıllı yolunda qar təmizlənib, yola qum səpilib, nəqliyyatın hərəkəti üçün problem yoxdur.

Ağsu aşırımında qar yağsa da, yol təmizlənib və nəqliyyatın hərəkətinə normal şərait yaradılıb. Yolda nəqliyyatın hərəkət intensivliyi azdır.

Bakı-Quba yolu Ceyranbatan ərazisinədək açıqdır, nəqliyyatın hərəkətində problem yoxdur. Yolun Siyəzən, Dəvəçi, Quba rayonu ərazilərində qar var və yolun müəyyən hissələrində buz var. Buna baxmayaraq yol açıqdır.

Bakı-Qazax yolunda Sahil qəsəbəsinədək yolda qar var, yola qum səpilib. Sahil qəsəbəsindən Qazax rayonu ərazisinədək yol tamamilə təmizdir.

Ələt-Astara yolunda Salyana qədər qar yoxdur, yol açıqdır. Yolun Cəlilabad rayonu hissəsində qar yağsa da, hərəkətdə problem yoxdur.

Zaqatala-Balakən-Şəki yolunda qar çox yağsa da, yollar təmizlənib, nəqliyyatın hərəkəti müşahidə edilir, müvafiq yol təsərrüfatı idarələri tərəfindən mütəmadi olaraq yollarda təmizlənmə işləri aparılır.

İdarədən bildirilib ki, ötən gün respublikada 15 yol qəzası qeydə alınıb.

Qəzalar nəticəsində 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Dünən axşam saat 20:40 radələrində Səbayel rayonunda iki avtomobil toqquşub, nəticədə 2 nəfər xəsarət alıb. Nərimanov rayonunda isə bir piyada vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm