Metro polisinin rəisi işdən çıxarılıb (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Metro polisinin rəisi işdən çıxarılıb (YENİLƏNİB)

Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov işdən azad edilib.

Şöbədən Publika.az-a verilən məlumata görə, Ə.Həsənov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidovun əmri ilə vəzifəsindən azad edilib. Hələ ki onun yerinə təyinat yoxdur.

***

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Publika.az-a açıqlamasında bildirib ki, Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov bir həftə əvvəl şəxsi raportu ilə sərəncama götürülüb.

Hazırda onun yerinə təyinat yoxdur. Ə.Həsənovu müvəqqəti olaraq müavini əvəz edir. Ə.Həsənova hələ ki yeni vəzifə verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm