FHN 3 nəfəri xilas etdi
Bizi izləyin

Qırmızı.az

FHN 3 nəfəri xilas etdi

Maşında köməksiz qalmış 3 nəfər xilas edilib

Xızı rayonunda “Niva” markalı minik avtomobili yolun buzlu olması səbəbindən köməksiz vəziyyətdə qalıb.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ”Niva” markalı minik avtomobilinin sürücüsünü və iki sərnişinin təhlükəsiz əraziyə çıxmalarını təmin ediblər. Əməliyyat saat 09:40-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm