MTN-dən İŞİD təhlükəsi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

MTN-dən İŞİD təhlükəsi ilə bağlı AÇIQLAMA

"Ölkəmizin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir".

Bunu Publika.az-a açıqlamasında İŞİD-in Bakı neftini hədəf seçdiyinə dair mətbuatda yayılan xəbərlərə münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqəlar İdarəsinin rəisi Arif Babayev bildirib.

"Azərbaycan Respublikasının maraqlarına, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur",- deyə Arif Babayev bildirib.

Qeyd edək ki, “Another Western Dawn News” saytının məlumatına görə, İŞİD-in "daxili işlər naziri" Abdul Vahid Xudayar Əhməd qruplaşmanın azərbaycanlı üzvlərini rəsmi Bakıya qarşı silahlı mübarizəyə çağırıb. Bakı neftinə göz dikən Xudayar Əhməd paytaxtımızın islamın ən qiymətli məkanlarından biri olduğunu qeyd etməklə yanaşı bunları deyib: “Biz islamın ən qiymətli şəhərlərindən biri olan Bakını xilas etməliyik. Allahın bu torpaqlara verdiyi təbii sərvətlər İslam dövlətinin sağlam olmasında mühüm rol oynayacaq.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm