Azərbaycan nə vaxtdan 12 illik təhsilə keçir?
Bizi izləyin

Qırmızı.az

Azərbaycan nə vaxtdan 12 illik təhsilə keçir?

2016-cı ildən 12 illik ümumi təhsilə keçidi təmin etmək məqsədilə müvafiq qanunvericilk aktlarında dəyişikliklər ediləcək.

Publika.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Proqrama əsasən, 2015-2017-ci illərdə səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlar hazırlanacaq.

Proqramda 12 ilik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili, kurikulumların tətbiqi, milli məzmun və qiymətləndirmə standartlarının hazırlanması və ekspertizası nəzərdə tutulub.

Bundan başqa, dərslik hazırlığı sahəsində yeni qaydalar hazırlanacaq.

Bu işin həyata keçirilməsi Təhsil Nazirliyi və Nazirlər Kabinetinə tapşırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm