MTRŞ televiziyaya lisenziya verməkdən imtina etdi
Bizi izləyin

Qırmızı.az

MTRŞ televiziyaya lisenziya verməkdən imtina etdi

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, iclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.

“AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının 11 dekabr 2013-cü il tarixdə regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitib. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməyib, Şura iclasına 1 gün qalmışxüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim edib. 11 dekabr 2013-cü il tarixdə Şura tərəfindən “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə baxılıb. Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə Şuranın qərarına əsasən televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb. Aygün televiziyasının fəaliyyətinin araşdırılması məqsədilə Şura tərəfindən Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, Maliyyə və texniki nəzarət şöbəsi əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya 24-26 dekabr 2013-cü il tarixində Zaqatalada olub və televiziyanın fəaliyyəti ilə yerində tanış olub və araşdırma aparıblar. Aparılmış araşdırmalar zamanı televizyanın fəaliyyətində çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib. Belə ki, Televiziya və radio yayımı haqqında qanunun müvafiq maddəsinin tələblərinə əsasən teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların (verilişlərin) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalı olduğu halda, “AYGÜN” televiziyasında teleradio proqramlarının materialları saxlanılmayıb, qeydiyyat jurnalı isə ümumiyyətlə mövcud olmayıb. Yayımçı efirdə emblemsiz olaraq yayımlanıb. Televiziyanın sənədləşdirmə işlərinin aparılmasında çoxsaylı qüsurlar mövcud olub. Televiziyanın yayım avadanlıqları teleradio yayımçıları üçün tətbiq olunan texniki istismar qaydalarına və Azərbaycan Respublikasının və beynəlxalq texniki standartlara uyğun gəlməyib. Belə ki, ötürücü qurğunun yerləşdiyi yer texniki norma və tələblərə cavab verməyib və texniki personal və ətrafda yaşayan sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

27 dekabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclasında “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasınınfəaliyyətinin araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm