Qırmızı.az
Bakının 8-ci km bazarı özəlləşdirildi
Bakının 8-ci kilometr qəsəbəsindəki iri ticarət mərkəzi özəlləşdirilib.
Trend-in Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafıq olaraq Dövlət Komitəsi "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub.
Müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə edib.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsvermə yolu ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin şərtlərinə əsasən, müsabiqə qalibi dövlət büdcəsinə 312 iki min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Nəzərdə tutulan investisiyalar müəssisənin fəaliyyətinin təkmilləşdirilərək daha müasir ticarət obyektinə çevrilməsi, ərazidə yeni ticarət obyektlərinin, о cümlədən ticarət sıralarının yaradılması, yeni avadanlıq və texnikaların alınması, yanğına qarşı müasir mühafizə sisteminin qurulması, infrastruktur təminatının yaxşılaşdırılması və ərazinin abadlaşdırılması işlərinə yönəldiləcək.
Eyni zamanda, görülən işlərin nəticəsində azı 50 nəfərin çalışması üçün müəssisədə yeni xidmət sahələri də yaradılacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR