Bu gün Gənclər Günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günüdür.

Bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Dövlət statistika komitəsinin verdiyi məlumata görə, ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm