Qırmızı.az
Azərbaycanda oğlanlar evlənməyə qız tapa bilməyəcəklər
Azərbaycanda son illərdə bir il ərzində qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.
Z.Eminovun bildirdiyinə görə, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində qadınların nisbi üstünlüyü həmişə çox olub: "Indi də vəziyyət belədir. Amma əhalinin tərkibində olan bu fərq getdikcə azalır. Son vaxtlarda da bu azalma daha sürətlə baş verir".
Alim qeyd edib ki, son 6-7 ildə - təxminən 2000-ci ilin ortalarından sonra doğulan uşaqlar arasında oğlanların say üstünlüyü artıb: "Bu isə o deməkdir ki, əhalinin cins tərkibi pozulur. Ola bilər ki, indi bu, özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək".
Z.Eminov deyib ki, əhalinin cins tərkibində müəyyən qədər tarazlıq olmalıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir.
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?