Azərbaycan-İran sərhədində şübhəli çanta aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-İran sərhədində şübhəli çanta aşkarlanıb

İçərisində narkotik maddə olan şübhəli çanta haqqında polisə Cəlilabad sakini məlumat verib

İçərisində narkotik maddə olan şübhəli çanta haqqında polisə Cəlilabad sakini məlumat verib

Azərbaycanla İran sərhədində içərisində narkotik maddə hesab edilən heroin olan çanta aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 14-də Cəlilabad şəhər sakini Məhərrəm Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus yardımçı təsərrüfatın yaxınlığında şübhəli idman çantası aşkar etdiyini bildirib.

Şəhər sakini M.Əliyevə məxsus yardımçı təsərrüfatın yaxınlığına atılmış çantada 1 kiloqramdan artıq heroin olub.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən çantaya baxış keçirilib. Baxış zamanı 1 kiloqram 960 qram heroin aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm