DSMF-yə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının müraciətlərinin sayı artıb
Bizi izləyin

Qırmızı.az

DSMF-yə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının müraciətlərinin sayı artıb

2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, 2013-cü il ilə müqayisədə bu qəbildən olan müraciətlər 33,7 faiz artıb.

Fonddan Publika.az-a verilən məlumata görə, 2014-cü il ərzində DSMF-yə daxil olan 5101 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 3358 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 169 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 1574 müraciət isə ayrı-ayrı xarici ölkələrin və vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm