Qırmızı.az
Bakıda sərxoş qadınlar yol polisi ilə belə “dava etdilər” - VİDEO
Qadınlar tanışlarına zəng vuraraq məsələni yerində həll etməyə çalışıblar...
Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda sərxoş sürücülərə qarşı növbəti reyd keçirib.
Oxu.Az xəbər verir ki, reyd zamanı 99 AX 134 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsünün sərxoş olmasından şübhələnən DYP əməkdaşları sürücüyə “saxla” əmri verib.
Reyd zamanı məlum olub ki, “Kia Rio” markalı avtomobili idarə edən xanım sürücü və onun rəfiqəsi olan sərnişini sərxoş olub.
Polis tərəfindən saxlanılan sərxoş xanımlar DYP əməkdaşları ilə mübahisə edib, öz tanışlarına zəng vuraraq məsələni yerində həll etməyə çalışıblar. Lakin yol polisləri sərxoş xanım sürücünü tibbi ekspertizaya, avtomobili isə cərimə meydançasına göndəriblər.
Saxlanılan sürücü tibbi ekspertizadan keçirildikdən sonra barəsində hüquqi ölçü götürülüb.
Qeyd edək ki, hadisəni “Avtostop” verilişinin gecə növbətçisi Səməd Ağayev lentə alıb.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ