Umayra Tağıyevaya yeni vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Umayra Tağıyevaya yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru Umayra Tağıyeva yeni vəzifəyə təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, sabiq direktor Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyətə başlayıb. Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Qeyd edək ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Bu vəzifə hazırda baş hidroloq Asif Verdiyevə həvalə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm