Qırmızı.az
Prezident nekroloq imzaladı
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir.
Respublikanın tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi,
fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Akif Cəfər
oğlu Hacıyev 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində vəfat
etmişdir.
Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə
Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində
ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası
Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda
funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi başlayan
Akif Hacıyev 1961–1967-ci illərdə həmin institutda elmi katib,
1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə
müdiri vəzifələrində çalışmışdır. Türkiyə tərəfinin dəvəti ilə o,
1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi
fəaliyyət göstərmişdir. 1999-cu ildə elmi fəaliyyətini yenidən
Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi
seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli
Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru
işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti olmuşdur.
Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə
namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə
etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi
adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə
respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı
töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual
problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar
inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar
nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin
tədqiqatların əhəmiyyətli rolu vardır. Alimin riyazi analizin bir
sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki
ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların
aparılmasına təkan vermişdir.
Akif Hacıyevin araşdırmalarının nəticələri ölkəmizdə və onun
hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4
monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında
Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru
və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər
beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları
ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil
etmişdir.
Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti
lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı
xidmətlərinə görə bir sıra mükafatlar almışdır. Alim müstəqil
Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət”
ordeninə layiq görülmüşdür.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Akif
Cəfər oğlu Hacıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Əli Abbasov
Arif Paşayev
Arif Mehdiyev
Tofiq Nağıyev
İbrahim Quliyev
İsa Həbibbəyli
Rasim Əliquliyev
Telman Əliyev.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR