Vəkil: “ Lamiyə Quliyevanın cəzası yüngülləşə bilər”
Bizi izləyin

Qırmızı.az

Vəkil: “ Lamiyə Quliyevanın cəzası yüngülləşə bilər”

“Lamiyə Quliyevanın qaldığı həbsxana şəraitindən hər hansı narahatlığı və ya narazılığı yoxdur. O, mənim özümə belə dedi. Qeyd edim ki, Lamiyə Quliyevanın adından nə danışıramsa, fikirlərimi ona istinadən deyirəm”.

Bunu Publika.az-a Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev deyib.

Bu gün Lamiyə Quliyeva ilə görüşən vəkil bildirib ki, 4 saylı cəzaçəkmə müəssisəsində övladı ilə birlikdə cəza çəkən məhkum qadın son vaxtlar hər hansı problemlə üzləşməyib.

2010-cu ildə Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ilə bağlı məhkum qadına qarşı irəli sürülmüş ittihama aydınlıq gətirən vəkil dedi ki, protest Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilib: “Həmin hökmün ağırlığından Baş Prokurorluq protest verib. Müddət prokurorluğun protesti əsasında bərpa edilib. İş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilib. Həmin məsələyə orada baxılacaq. Bu, növbəti həftə baş tutacaq. Əgər söhbət hökmün ağırlığından gedirsə, protestdə məsələ belə qoyulub. Ola bilsin, cəzası yüngülləşdirilsin. Bu, məhkəmənin səlahiyyəti daxilində olan məsələdir. Məhkəmə bu barədə qərar qəbul edəcək. İşə baxılsın və qərar qəbul edilsin, ondan sonra konkret danışmaq mümkündür”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm