Qırmızı.az
Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın olub - FOTO
Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın
edən şəxslər saxlanılıb.
Lənkəran Rayon Polis Şöbəsinin müstəntiqi Nizami Məhərrəmov
AzərTAc-a bildirib ki, rayonun Yuxarı Nüvədi kənd sakini Elvin
Mürşidov tanışı Seymur Əkbərov ilə qabaqcadan əlbir olaraq gecə
saatlarında rayonun Parakənd qəsəbəsi ərazisində yerləşən "Teymur
Petrol" yanacaqdoldurma məntəqəsinə silahlı basqın ediblər.
Üzlərinə maska taxan hər iki şəxs məntəqənin gözətçisi Ağamoğlan
Həsənova qarşı tüfənglə zor tətbiq etməklə kassada olan 40 manat
pulu götürüblər.
Quldurlar daha sonra rayonun Kosalar kəndi ərazisində yerləşən
"Lenpetrol" yanacaqdoldurma məntəqəsinə basqın edib, məntəqənin
operatoru Ramin Əhmədovun üstünə tüfənglə hücum çəkməklə kassada
olan 860 manat pulu ələ keçiriblər.
Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində quldurların hər ikisi
yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Onların istifadə etdikləri tüfəng, maska və mənimsədikləri pulun
müəyyən hissəsi maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan
narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməli etiraf
edərək bundan peşman olduqlarını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?