Kənd rayonları Bakı və Sumqayıtdan öndədir
Bizi izləyin

Qırmızı.az

Kənd rayonları Bakı və Sumqayıtdan öndədir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanlarda ölkə üzrə ən yaxşı nəticə göstərən rayonların adlarını açıqlayıb.

Publika.az-ın məlumatına görə,“Abituriyent12” jurnalının sonuncu sayında imtahan fənləri üzrə cavabların təhlilləri göstərir ki, fənlər üzrə ən yüksək nəticə bütün illərdə Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərmiş türk liseylərinə məxsusdur. İkinci yerdə Təhsil Nazirliyinin tabeliyində olan liseylər gəlir. Türki liseylərinin göstəriciləri Təhsil Nazirliyini tabeliyində olan liseylərdən 1.2-1.4 dəfə yüksəkdir.

TQDK-nın məlumatına əsasən, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. Bu rayonlara misal olaraq, Qax, Salyan, Qəbələ və Neftçala rayonlarını göstərmək. Bunun obyektiv səbəblərindən biri kimi TQDK qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinini, rayonların isə yalnız seçilən məzunlarının iştirak etməsini göstərmək olar.

Bu il Bakı şəhəri üzrə məzunların 85.15 faizi, Sumqayıt şəhəri üzrə 85.37 faizi qəbul imtahanında iştirak edib.Yüksək göstəricili rayonlar üzrə (Qax rayonu istisna olmaqla) məzunların, ən yaxşı halda 50-60 faizi ali təhsil müəssisələrinə təhvil edilib.

Azərbaycan bölməsində ana dili, riyaziyyat və fizika fənləri üzrə Qax, ədəbiyyat fənni üzrə Qazax , Kimya fənni üzrə Neftçala, biologiya fənni üzrə Mingəçevir, tarix fənni üzrə Tovuz, Coğrafiya fənni üzrə Salyan, ingilis dili fənni üzrə Sumqayıt şəhərinin abituriyentləri üstünlük əldə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm