Qırmızı.az
Bakıda polis qəza törətdi, ölən var
Gecə Bakının Səbail rayonunda ölümlə nəticələnən yol
nəqliyyat hadisəsi baş verib.
Publika.az anspress-ə istinadən xəbər verir ki,
qəza Neftçilər prospektində qeydə alınıb. Qəzada, 28 yaşlı Məmmədov
Habil Valeh oğlu taksi kimi istifadə etdiyi “FIAT” markalı
avtomobillə prospekt boyu hərəkətdə olarkən Kukla Teatrının
yaxınlığında arxadan eyni istiqamətlə gələn “BMW” markalı avtomobil
qəfildən onun avtomobilinə çırpılıb.
Zərbənin gücündən birinci nəqliyyat vasitəsi bir neçə defə
yerində çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində
dünyasını dəyişib. Qəzada “BMW”nin sürücüsünün isə yüngül xəsarət
aldığı deyilir.
Yol qəzasının baş verdiyi yerə Səbail RPİ-nin istintaqçıları
dəvət olunub, hadisə yerində müayinələr aparılıb.
Məlumata görə, “BMW”ni Akif adlı sürücü idarə edirmiş.
Avtoqəzanın da həmin avtomaşının yüksək sürətlə idarə edilməsi
səbəbindən yaşandığı ehtimal olunur.
Əraziyə gələn dostları Akifin Bakı şəhər Baş DYP İdarəsinin əməkdaşı olduğunu bildirib. Ancaq bu məlumatla bağlı sonradan Səbail RPİ-nin ərazidə olan müstəntiqi hər hansı bir məlumat vermədi.
Yol qəzasının təfərrüatları isə başlanılmış cinayət işi üzrə araşdırmaların yekununda bəlli olacaq.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?