• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Bakcell”-dən Azərbaycana qarşı təxribat - FOTOLAR

“Bakcell”-dən Azərbaycana qarşı təxribat - FOTOLAR

“Bakcell” ölkəmizdə pis qazanmır, və həmin vəsaitin bir hissəsi Azərbaycanın əleyhinə yox, xeyrinə sərf etməlidir.

Publika.az-a verilən məlumata görə, ölkədə, həmçinin dünyada "Azərbaycan: səmadan baxış" adlı yüksək poligrafiya səviyyəsində çap olunmuş Azərbaycan və ingilis dillərində olan kitab yayılır. Kitabın bir nüsxəsi AMEA-nın A.Bakıxanov adına Tarix İnstituna təqdim olunub. “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə, ArtGroup Istanbul şirkəti və alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanıb.102 fotoşəkilli kitabın əvvəlində oxuculara Albaniyadan cəlb edilmiş fotoqrafçı Alket Islami və giriş sözü ilə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer müraciət edir. Lakin, kitabda, yumşaq desək, bir qeyri-dəqiqliyə yol verilib və bu Azərbaycan tarixinə təxribat səviyyəsindədir. Məsələ ilə əlaqədar olaraq AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov mətbuat üçün bəyanatla çıxış edib. Alim deyib ki, “"Azərbaycan: səmadan baxış" adlı kitabla tanışlıq məndə dərin təəssüf hissinə səbəb olub, çünki “Bakcell” şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin ən nüfuzlu biznes strukturlarından biridir. Mən şübhə etmirəm ki, şirkət ölkəmizdə yaxşı qazanır. Əvvəlcə kitabı vərəqləyərkən sevindim ki, şirkət bu şəkildə Azərbaycanı təbliğ edir. Həqiqətən də, “Bakcell”in baş direktoru Riçard Şirer öz giriş sözündə bildirib ki, bu kitab oxuculara Azərbaycanı yenidən kəşf etmək imkanı verir. Ən ciddi təəccüb doğuran odur ki, Azərbaycanda fəaliyyət göstərən bu şirkət ölkəmizin bir tarixi abidəsini Gürcüstan abidəsi kimi təqdim edib. Söhbət kitabın iki yerində "Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədindən gedir. Hesab edirəm ki, bu Azərbaycan tarixinə, bizim abidələrimizə, ölkənin ərazisinə qarşı düşünülmüş bir təxribatdır. Düşünürəm ki, bu təxribat iki strateji müttəfiq - Azərbaycanla Gürcüstan arasında olan mehriban qonşuluq münasibətlərini pozmaq üçün nəzərdə tutulub. Gürcüstanla sərhəddən kifayət qədər uzaqda yerləşən bu məşhur alban məbədinə belə bir münasibət başqa nə ilə izah etmək olar?

“Bakcell” tərəfindən Azərbaycanı yenidən kəşf etməyə ehtiyac yoxdur, tariximizə belə bir "töhfə" etmək lazım deyil. Kürmük məbədi qədim alban monastırıdır, həm müsəlmanların, həm də xristianların ziyarət yeridir. Buraya ildə iki dəfə qonşu rayonlardan, həmçinin xaricdən, bayram etməyə zəvvarlar, əsasən müsəlmanlar, axışırlar. Bayramlar yazda, əkin başlamazdan əvvəl, və payızda, məhsul yığımınından sonra keçirilir. Burada monastır Azərbaycan dövlətçiliyinin Alban dövründə inşa edilib. Ərazinin işğalı zamanı Rusiya Car-Balakən camaatı, Şəki xanlarının, İlisu sultanlarının şiddətli müqaviməti ilə üzləşib. Böyük çətinliklərlə Danyal sultanı məğlub edərək, Rusiya İlisu sultanlığını ləğv edib, və 19-cu əsrin ikinci yarısında bu torpaqlarda xristian kilsələrini tikməyə başlayıb. Bu pravoslav kilsələrindən biridə "Azərbaycan: səmadan baxış" kitabında “Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədidir. Bu kilsə qədim alban monastırının xarabalıqları üzərində 1892-1894-ci illərdə tikilib. Bu faktı Azərbaycan, Rusiya, Gürcüstan arxivlərinda olan sənədlər təsdiq edir. Kürmük məbədi Rusiya imperiyasının Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti hesabına və xristianlığı qəbul etmiş ingiloyların ianələri ilə inşa edilib. Xristianlığı Əlibəyli və Kötüklü ingiloy kəndlərinin əhalisi qəbul edib. Butün bunları nəzərə alaraq, demək olar ki, “Bakcell” şirkətinin Azərbaycanın bu cür "yenidən kəşf" etməsi Azərbaycan xalqına, dövlətimizə, dövlətçiliyimizə, Azərbaycan-Gürcüstan münasibətlərinə qarşı böyük bir təxribatdır. Belə şey yolverilməzdir, çünki bu şirkət vətəndaşlarımızın hesabına yaxşı qazanc əldə edir və bu vəsaitin bir qismi Azərbaycan xalqına, bizm milli oyanışımıza, dirçəlişimızə, humanitar problemlərin həllinə sərf olunmalıdır, bizib əleyhimizə yönəlməli deyil”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR