Emalatxana yandı: ölən və xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Emalatxana yandı: ölən və xəsarət alan var

Fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın olub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 30 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. E.Sahilov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm