Ən yüksək nəticə - 96 bal (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Ən yüksək nəticə - 96 bal (YENİLƏNİB)

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş imtahanda ən yüksək nəticə 96 bal olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçib. Onlardan 2669 nəfər imtahana gəlməyib, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.

***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

İmtahanda iştirak etmiş bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

***

2015-2016-cı illərdə magistratura səviyyəsinə imtahanın birinci mərhələsinin nəticələri axşam saatlarına kimi elan olunacaq.

Publika.az-ın məlumatına görə, bu barədə TQDK məlumat yayıb.

Fevralın 22-də keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apelyasiya komissiyasına fevralın 24-25-də saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 23230 (ötən il 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm