• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qazaxda kişi özündən 19 yaş kiçik arvadını öldürdü

Qazaxda kişi özündən 19 yaş kiçik  arvadını öldürdü

Qazaxda qətl hadisəsi törədilib.

Trend Kəpəz televiziyasına (Region TV) istinadən xəbər verir ki, 29 yaşlı rayon sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxs tərəfindən güllələnərək öldürülüb.

Hadisə rayonun Əliağa Şıxlinski küçəsi, bina 5, mənzil 39 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1 uşaq anası 29 yaşlı Aynurə Abdullayeva özündən 19 yaş böyük olan, qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən qətlə yetirilib.

Mərhumun atası Xanqulu Abdullayevin sözlərinə görə, Qazax rayonu Daş Salahlı kənd sakini 48 yaşlı M.Veyisov onun evinə ov tüfəngi ilə gəlib. Mərhumun atası silahla maraqlandıqda ona ferması üçün aldığını deyib. Amma bir neçə dəqiqə sonra A.Abdullayeva ilə arasında yaranan mübahisə zamanı M.Veyisov yaxın məsafədən odlu silahla Aynurənin baş nahiyəsinə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb.

M.Veyisov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalara başlanılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR