Qırmızı.az
Hava mülayim olacaq
Azərbaycanda mülayim hava şəraiti hökm
sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən Publika.az-a verilən məlumata
görə, martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz
cənub-şərq küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4
dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 19-da hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq
və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi
əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO