Qırmızı.az
Zakir Həsənov Əfqanıstanın səfiri ilə görüşdü
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlilini qəbul edib.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir
ki, Zakir Həsənov Azərbaycanla Əfqanıstan arasında münasibətlərin
inkişaf etməsində iki ölkə rəhbərinin görüşlərinin mühüm rol
oynadığını və hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam
etdiyini bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri
Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun
nəticəsində sülh prosesinin yubanmasını və danışıqların
uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə
çatdırıb.
Səfir M.Xəlili öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR