Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldı

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

Beynəlxalq Bankdan Publika.az-a verilən məlumata görə, İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib. Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm