Qayınana gəlinini öldürmək üçün killer tutdu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qayınana gəlinini öldürmək üçün killer tutdu - FOTOLAR

Rusiyada gəlinin yersiz zarafatlarından bezən qaynana onu öldürmək üçün killer tutub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı Tatyana Kudinova 30 yaşlı gəlini Roksananın onu ələ salmasından bezib. Tatyana hər hansı bir işin öhdəsindən gələ bilmədikdə gəlini onu ələ salaraq gülüb. Nəticədə, qaynana onu qətlə yetirmək üçün adam tutub. Gəlinini qətlə yetirmək üçün pulla tutulmuş adam polis işçisi çıxdıqdan sonra Tatyana həbs edilib.

Tatyananın səbr kasası tədbirlərin birində qonaqların pulunu ödəmək üstündə mübahisə düşdükdən sonra dolub. Roksana qonaqların yerinə pul ödəməyən qaynanasına “dünyanın ən xəsis qaynanası” deyib. Bundan sonra Tatyana gəlinini öldürmək qərarına gəlib.

Rusiyanın Rostov şəhərində yaşayan Tatyana gəlini öldürmək üçün qatilə 1900 dollar ödəyib. Tatyana Roksananı öldürmək üçün təyin olunmuş muzdlu qatilə deyib: “Onun necə ölməsinin fərqi yoxdur. Əsas odur ki, ölsün”.

Əslində isə Tatyana qatil maskası altda gizlənən polis işçisi ilə danışmasından şübhələnməyib.

Kudinova 9 il azadlıqdan məhrum edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm