Qırmızı.az
BQXK Qarabağda saxlanılan azərbaycanlı girovlara baş çəkib – AÇIQLAMA
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynovanın Publika.az-a verdiyi məlumata görə, başçəkmə martın 18-də keçirilib.
“Bu zaman girov götürülmüş azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq daim həmin şəxslərə baş çəkir, onların saxlanma şəraiti ilə maraqlanır, həmçinin onlardan ailələrinə və ailələrindən onlara məlumat çatdırır. Bu proses onlar azad olana kimi davam edəcək”.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə girov götürülən Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Gülxar
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi