Qırmızı.az
Kəlbəcərin işğalından 22 il ötür
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan
tərəfindən işğalının 22-ci ildönümüdür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən
işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr,
əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda
Azərbaycanın 59 rayonunda məskunlaşıb.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər
itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları
məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın
27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə
başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında
ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın
kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey,
"İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən
xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində
Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa
çatdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalır.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO