Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR

Paytaxtda fəaliyyət göstərən pivə barlarından birinin loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəkli vurulub.

Publika.az xəbər verir ki, Bakı şəhəri A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən "Starapraqa" adlı pivə barı öz nişanına Andranikin şəklini vurub.

Pivə barının girişindəki nişandakı fotoya diqqət yetirin. Bu, erməni cəlladı Andronikin fotosudur. Qəribədir, "Malaya Praqa" adlı pivə barının rəhbərliyi bununla nə demək istəyir? Yeri gəlmişkən, həmin pivə barındakı qiymətlər də od tutub yanır. Maraqlıdır, görəsən, pivə barının rəhbərliyini erməni cəlladını təbliğ etməyə nə vadar edir?

Qeyd edək ki, fotolar "Facebook" sosial şəbəkəsində QHT xəbər saytının baş redaktoru, tanınmış aktivist Sənan Nəcəfov tərəfindən paylaşılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm