• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xaricdə təhsil almaq istəyənlər üçün müsabiqə başlayır

Xaricdə təhsil almaq istəyənlər üçün müsabiqə başlayır

2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sonuncu müsabiqə elan olunur.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, sənədlərin qəbulu 15 aprel - 15 iyul tarixləri ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 15.07.2015-ci il, saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə Nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək.

Müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcək.

Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu Nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 10-12 iş günü ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı
təsdiqlənmək məqsədilə Təhsil üzrə Komissiyaya göndəriləcək. Nəticələr Təhsil Nazirliyinə
daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslər dərhal
əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar.

Türkiyədə təhsil almaq istəyənlər elektron ərizələrini 15.07.2015-ci il tarixinə qədər tamamlayaraq təsdiq etməlidirlər.

Sənəd qəbulunun 15.07.2015-ci il tarixində başa çatacağını nəzərə alaraq,
TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək
namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və
sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə
600-dən yuxarı) topladıqları, müvafiq bala dair arayışı 01.08.2015-ci il tarixinədək
elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər
olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR