Avropa Oyunları zamanı metroda qatarlararası interval qısalacaq
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunları zamanı metroda qatarlararası interval qısalacaq

“Bakı Metropoliteni” Birinci Avropa Oyunlarına çox ciddi surətdə hazırlaşır. Əsas məqsədimiz sərnişinlərin rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etməkdir".

Bunu Publika.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N. Paşayev onu da bildirib ki, təhlükəsizliklə yanaşı, stansiyalarda təmir işləri də aparılır.

“Avropa Oyunlarına qədər “Nəriman Nərimanov”, “Gənclik”, “İnşaatçılar” stansiyalarında cari təmir işləri başa çatsa da, yeni stansiyaların açılışı hələ ki gözlənilmir. Həmçinin bütün stansiyalarda istiqamətverici elektron lövhələr quraşdırılır. Həmin monitorlarda məlumatlar Azərbaycan və ingilis dilində olacaq. Monitorlarda yazılacaq adlar dəqiqləşdirilib, ingilis dilinə tərcümə edilməsi üzərində iş aparılır. Texniki işlər tam başa çatandan sonra lövhələr işləyəcək.

Bundan başqa, əməkdaşlarımızın xarici qonaqlarla ünsiyyətini nəzərə alaraq xüsusi təlimatlandırılıblar. Onlar dil kurslarına cəlb edilib. Həmçinin oyunlar ərəfəsində metroda könüllülər də fəaliyyət göstərəcək və onlar da seçiləndən sonra təlimatlandırılacaq. Oyunların keçiriləcəyi arenalara yaxın stansiyalarımızda xarici qonaqlara doğru məlumat vermək üçün könüllülərin xidmətindən istifadə ediləcək”.

N.Paşayev deyib ki, qatarların hərəkət qrafiki dəyişsə də, yay qrafikinə keçilməyəcək:

“Oyunlar olan günlərdə, metronun açılış və bağlanış saatları artırılacaq. Dərs ilinin yekunlaşmasını nəzərə alaraq yay qrafikinə keçməli olsaq da, oyunları nəzərə alıb keçməyəcəyik. Oyunlar zamanı qış qrafiki və pik saatlarda istifadə edilən qrafik tətbiq ediləcək. İntervalımız maksimum qısaldılacaq. Xüsusilə oyunların başlanma və bitmə saatlarında arenalar yaxınlığındakı stansiyalarda pik saatlarda olduğu kimi qrafik müəyyən ediləcək. Həmçinin ehtiyat qatarlarımız da olacaq. Sıxlıq olduğu halda, həmin qatarlardan da istifadə ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm