Çində pulsuz təhsil almaq istəyənlərin nəzərinə!
Bizi izləyin

Qırmızı.az

Çində pulsuz təhsil almaq istəyənlərin nəzərinə!

2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Publika.az-ın məlumatına görə, yerlər Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanmış sazişə uyğun olaraq ayrılıb.

Qeyd edək ki, Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə xərci, tədris materialları, yataqxana xərci, Pekindən təhsil yerinə bilet, aylıq yaşayış xərci ÇXR tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur.

Sazişə uyğun olaraq, hazırda 38 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni Çin ədəbiyyatı, Uşu, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm