Təcili yardım maşını "07" ilə toqquşdu: 1 ölü - FOTO
Bizi izləyin

Qırmızı.az

Təcili yardım maşını "07" ilə toqquşdu: 1 ölü - FOTO

Lənkəranda ölümlə nəticələnən daha bir dəhşətli qəza baş verib. Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobil qəzaya uğrayıb.

Axar.az "Report"a istinadla xəbər verir ki, hadisə hava limanı yolunda baş verib. “Ambulans” VAZ-2107 markalı avtomobil ilə toqquşub. Hadisə baş verən zaman "Ambulans" digər qəza yerindən yaralı aparırmış.

Qəza nəticəsində daha dörd nəfər - "Jiquli"də olan 1 qadın və 2 uşaq sərnişin, həmçinin təcili yardım maşınında olan bir nəfər xəsarət alıb. Onlardan bir nəfərin öldüyü deyilir.

Xatırladaq ki, az öncə Lənkəranda 2 nəfərin ölümü ilə nəticələnən başqa qəza da baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm