Bakıda yanan binadan YENİ XƏBƏR
Bizi izləyin

Qırmızı.az

Bakıda yanan binadan YENİ XƏBƏR

Bir neçə gün öncə Bakının Xətai rayonu ərazisində yanan çoxmərtəbəli yaşayış binası 2 ay ərzində təmir ediləcək. Bu işi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti həyata keçirir. Artıq təmir işlərinə başlanılıb.

Bu barədə Publika.az-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin müddətdə binanın sakinləri kirayə mənzillərdə yerləşdiriləcək. Kirayə pulu İcra Hakimiyyəti tərəfindən ödəniləcək. Binada 60 mənzilə ziyan dəyib, həmin sakinlərə bu ay üçün kirayə haqqı ödənilib.

İcra Hakimiyyətindən bildiriblər ki, yanan binanın sakinlərinə dəyən zərər hesablanıb, onların iştirakı ilə aktlaşdırılıb.

“Onlara dəymiş ziyan Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödəniləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm