Qaxda fındıq bağları yanıb
Bizi izləyin

Qırmızı.az

Qaxda fındıq bağları yanıb

Bağın giriş hissəsindən başlayan yanğın qısa müddət ərzində genişlənərək bütün bağı əhatə edib. Kənd sakinləri yanğının

Qaxda fındıq bağları yanıb. Yanğın Qax rayonunun fındıq bağlarından birində Qaşqaçay kənd sakinlərinə məxsus 100 hektarlıq böyük fındıq bağında baş verib. Sahədə bir çox fındıq ağacları tamamilə yanaraq məhv olub. Yanğının böyüyərək fındıq bağının digər hissələrinə keçməsinin qarşısı alınıb.

Bağın giriş hissəsindən başlayan yanğın qısa müddət ərzində genişlənərək bütün bağı əhatə edib. Kənd sakinləri yanğının qarşısını almağa çalışsalar da alov qisa müddət ərzində bütün baği bürüyüb. Ona görə də dərhal hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının baş verdiyi ərazinin bir hissəsində yanğınsöndürən maşınların köməyi ilə yanğının qarşısı alınsa da digər hissəsinə maşınla giriş mümkün olmadığından həmin əraziyə canli qüvvələr cəlb olunub.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm