Qırmızı.az
Azərbaycan Dillər Universitetinin prorektoru vəfat edib
Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün səhər dünyasını dünyasını dəyişib.
Bu barədə Modern.az saytına Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.
Modern.az-ın məlumatına görə, Natiq Yusifov 1948-ci ildə Qəbələ
rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan
Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə
İngilis və Azərbaycan Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə
həmin ixtisası fərqlənmə diplomu ilə bitirib.
İnstitut Elmi Şurasının qərarı ilə 1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi vəzifəsinə işə qəbul olunub.
1973-cü ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib.
1975-1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə “İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili” mövzusunda dissertasiya müdafiə edərək, f.e.n. alimlik dərəcəsi alıb.
1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib.
1990-2009-cu illərdə İnstitutun İngilis dilinin Leksikologiyası
kafedrasının müdiri, 2009-2010-cu illərdə İngilis dili fakültəsinin
dekanı vəzifələrinə müsabiqə yolu ilə seçilib.
2000-ci ildən indiyədək Azərbaycan Dillər Universitetinin tədris
işləri üzrə prorektoru vəzifəsini tutub.
45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir.
1998-ci ildən indiyədək həm də Azərbaycan Dillər Universitetinin İngilis dilinin Leksikologiyası kafedrasında pofessor idi.
Üç övladı var.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...