Yol polisindən sürücülərə sərt xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Yol polisindən sürücülərə sərt xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsindən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edilib.

Bu haqda Publika.az DYP-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Müraciətdə bildirilir ki, son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafı hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaradıb: “Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır.

Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də bu sahədə fəaliyyət göstərən sürücülərin nəzərinə çatdırır ki, həmin şəxslərə məxsus olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə, habelə bu parametrlərin aşılmasına səbəb olmuş yükləməni həyata keçirən hüquqi şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm