Tofiq Abdin vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Tofiq Abdin vəfat etdi

Tofiq Abdin vəfat etdi

Ötən gecə Tofiq Abdin infarktdan dünyasını dəyişib.

Bu haqda xəbəri Publika.az-a yazarın yaxın dostu, yazıçı Nemət Veysəlli verib.

Allah rəhmət etsin!

Mərhumla vida mərasimi bu gün saat 14.00-da keçiriləcək.

Tofiq Məhərrəmoğlu (Abdin) – 1941-ci ildə Salyanda anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib.

1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir.

Tofiq Abdin uzun müddət idi ki, "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliğiylə məşğul idi. Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi şair-publisist Tofiq Abdin haqqında yarım saatlıq sənədli film çəkib.

Filmin ssenari müəllifi Raşid Dəmirtaş, operatoru Veysəl Baban, montajçı Ələddin Çətinqoldur.

Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illərdi dövrü mətbuatda müntəzəm çıxış edirdi.

2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm