Qırmızı.az
Xocalı soyqırımı ilə əlaqədar BMT-nin baş katibinə məktub ünvanlanıb
Xocalı soyqırımının reallıqlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev tərəfindən BMT-nin baş katibi Pan Gi Muna məktub ünvanlanıb.
Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən verilən
məlumata görə, məktubda 1992-ci ildə Xocalıda baş vermiş qanlı
hadisələr barədə ətraflı məlumat verilib, dünya ictimaiyyətinin,
beynəlxalq təşkilat və media nümayəndələrinin, habelə şahidlərin
faciəyə verdiyi qiymət öz əksini tapıb.
Bundan başqa, sənəd vasitəsilə baş katibin nəzərinə törədilmiş
cinayətlərin ermənilər tərəfindən həyata keçirildiyi və hazıradək
günahkar şəxslərin cəza almadıqları çatdırılıb.
Eyni zamanda, fevral ayının 25-də faciə ilə bağlı eyni məzmunda
hazırlanmış press-reliz BMT-yə üzv olan dövlətlərin ünvanlarına
göndərilib.
Bundan başqa, fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə
əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York
Association", "Amerika-Azərbaycan Qadınlar Assosiasiyası",
"Türkiyə-Amerika Assosiasiyası" və "Federation of Turkish American
Associations" təşkilatları ilə birlikdə iki etiraz aksiyası təşkil
olunub.
Əvvəlcə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi
nümayəndəliyi qarşısında toplaşıb, Ermənistanın işğalçı ölkə
olduğunu əks etdirən transparantları ətrafdakı əcnəbilərə nümayiş
etdirib, baş vermiş hadisələr barədə ətraflı məlumat verib,
çıxışlar ediblər.
Daha sonra sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını
BMT qərargahın binasının qarşısında əvvəlcədən şəhər meriyasından
alınmış icazə əsasında davam etdiriblər. Burada tədbirə Nyu Yorkda
təhsil alan azərbaycanlı və türk tələbələr qatılıblar. /Trend/
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf