TQDK abituriyentlər üçün vəsaitlər nəşr edib
Bizi izləyin

Qırmızı.az

TQDK abituriyentlər üçün vəsaitlər nəşr edib

TQDK abituriyentlər üçün vəsaitlər nəşr edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər üçün vəsaitlər nəşr edib.

İnterAz komissiyanın saytına istinadən bildirir ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər "Təsviri sənət", "Musiqi sənəti", "Teatr, kino və xoreoqrafiya sənətləri", "Memarlıq və dizayn", "Bədən tərbiyəsi və idman" adlanır.

Vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm