20 Yanvar dairəsində hərəkət məhdudlaşdırıldı
Bizi izləyin

Qırmızı.az

20 Yanvar dairəsində hərəkət məhdudlaşdırıldı

20 Yanvar dairəsində hərəkət qismən məhdudlaşdırıldı.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə, tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində, daha dəqiqi Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm