• USD 1,7009 -0,01% EUR 1,9877 -0,54%
    • GBP 2,2238 -0,53% RUB 0,0286 0,00%

Çernobıl əlillərinə birdəfəlik maddi yardım ediləcək

Çernobıl əlillərinə birdəfəlik maddi yardım ediləcək

Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın 29-cu ildönümü ilə bağlı olaraq, həmin qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin birdəfəlik maddi yardımla təmin edilməsi üçün vəsait ayırıb.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Maddi yardımlar gələn həftə qeyd olunan vətəndaşların bank hesablarına köçürüləcək.

Hazırda sosial qanunvericilikdə Çernobıl əlilləri əlilliklərinin səbəbindən asılı olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kateqoriyaları üzrə müəyyən olunublar. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər kateqoriyasına aid olmaqla, onlarla eyni hüquq və imtiyazlara malikdirlər. Onlar əlilliyə görə sosial müavinət və ya əmək pensiyası almaqla yanaşı, Azərbaycan Respublikası prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər.

Hazırda Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində prezident təqaüdü ödənilir. Azərbaycan prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verən I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq ayda 60 manat məbləğində prezident təqaüdü də verilir.

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət ödənilir.

Qeyd olunanlarla yanaşı, ötən dövrdə Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülüb, habelə 195 nəfər Çernobıl əlili dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilib. Digər əlillərlə bərabər, Çernobıl əlillərinin sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidməti və s. ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər aparılır.

Gülnar Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR