Böyükkişi Heydərli vəfat edib
Bizi izləyin

Qırmızı.az

Böyükkişi Heydərli vəfat edib

Tanınmış jurnalist, publisist, şair Böyükkişi Heydərli vəfat edib.

Publika.az-ın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən B.Heydərli bu gün səhər saatlarında dünyasını dəyişib.

Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub.

30 yaşında ikən şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şeirləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından "Yeni Müsavat" qəzetində işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Yazıçı Qor təxəllüsü ilə də əsərlərlə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm