Qırmızı.az
"JEK"-lər ləğv olunur? - YENİLİK
Mənzil fondunun idarə olunmasında yeni bir mərhələ başlanılıb.
Axar.az xəbər verir ki, bununla da Mənzil Kommunal İdarələrinin icra səlahiyyətləri azaldılacaq. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ANS-ə məlumat verərkən deyib.
Nazirlik rəsmisi qeyd edib ki, artıq bununla bağlı Bakı şəhəri üzrə 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb:
“Ümumi əmlaklar mülkiyyətçilərə təhvil veriləcək. Yəni binalarda olan liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin balansına keçiriləcək. İlk olaraq Binəqədi rayonu İcra Hakimiyyətindən bizə müraciət edilmişdi. Müraciətə əsasən, işlərə başlanılıb və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaradılıb. Hazırda isə lazımi proseduralara başlanılıb. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansına Bakının 8 rayonu olmaqla, Sumqayıt və Xırdalan şəhərindən ümumilikdə 41 bina daxil edilib. Bu üç şəhər üzrə 20 MMC yaradılması istiqamətində işlər aparılır”.
Bildirək ki, yeni MMC-lərin yaradılması ilə JEK-lərin səlahiyyətlərinin azaldılması, bir müddətdən sonra isə tamamilə ləğvi nəzərdə tutulur. Çünki son dönəmlərdə JEK-lərdən gələn şikayətlər və yaşayış binalarında nəzarətin aşağı səviyyədə olması nazirliyin bu addımı atması ilə nəticələnib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi