Sürücülərin nəzərinə: “Sizə brilliant verəcəyik!”
Bizi izləyin

Qırmızı.az

Sürücülərin nəzərinə: “Sizə brilliant verəcəyik!”

Sürücülərin və piyadaların yol təhlükəsizliyindən bəhs edən “ Road Safety Baku 2015” çərçivəsində “Biz sizə BRILLIANT verəcəyik!” layihəsinə start verilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində sürücü və piyadalara məxsusi olaraq layihə üçün Norveçdə hazırlanmış işıq reflektorları paylanacaq.

Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar “brilliant konsepsiya”sında dizayn olunub. Bundan başqa layihə çərçivəsində gənc modelyerlər arasında “Yol təhlükəsizliyi” mövzusunda müsabiqə keçirilib. Müsabiqənin qaliblərinin hazırladığı geyimlərdə layihənin reklam siması xalq artisti Brilliant Dadaşovanın iştirakı ilə maraqlı foto çəkimləri baş tutulub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi və Avto FM-in dəstəyi ilə gerçəkləşən layihənin yekun tədbiri 3 May 19:00-da Park Bulvar AVM-də keçiriləcək. Tədbirdə dövlət rəsmiləri, KİV nümayəndələri, gənclər və layihənin siması xalq artisti Brilliant Dadaşova iştirak edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm