Qırmızı.az
Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin
formalaşdırılması məqsədi ilə Nazirlər Kabinetinə qabaqcıl
beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər
Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə
uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin
azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə
təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar
Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat
və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika
Nazirliyi ilə birlikdə tikintiyə icazələrin verilməsi sahəsində
mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə
dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək;
Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə
Nazirliyi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC və
"Bakıelektrikşəbəkə" ASC ilə birlikdə elektrik təchizatı şəbəkəsinə
qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili,
prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə
dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək;
Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat
və Sənaye Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Vergilər Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə birlikdə daşınmaz əmlaka hüquqların dövlət
qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün
qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat və Sənaye
Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən
təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin
təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə
bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etmək;
Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat
Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə birlikdə idxal-ixrac əməliyyatları zamanı
tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün
qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etmək;
İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə
"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun
təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək;
Bu fərmandan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək