ƏƏSMN məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərəcək
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərəcək

Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərəcək mərkəzlər barədə məlumatlar ƏƏSMN-nin saytında yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq Komissiya tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri barədə ətraflı məlumatlar nazirliyin rəsmi http://www.mlspp.gov.az saytında yerləşdirilib.

Publika.Az-ın məlumatına görə, mərkəzlərin sosial xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar
qeyd olunan saytın ön səhifəsindəki “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsinə daxil olaraq, həmin mərkəzlərin yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları və s. barədə məlumat əldə edə bilərlər.

Xatırladaq ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər olmuş birgə yaşayışdan sui-istifadə edilməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına xidmət göstərirlər. Həmin mərkəzlər eyni zamanda məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan
halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm