Binəqədi İcra Hakimiyyətindən yanğın AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

Binəqədi İcra Hakimiyyətindən yanğın AÇIQLAMASI

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi bu gün paytaxtın Azadlıq prospektində hündürmərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

İcra hakimiyyətindən Publika.az-a verilən açıqlamada deyilir:

“Bu gün Binəqədi rayonu Azadlıq prospekti 200/36 saylı binada baş vermiş yanğınla əlaqədar olaraq bildiririk ki, yanğın baş verən andan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və BRİH başçısı Aparatının əməkdaşları, Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Baş prokurorun müavini Rüstəm Usubov, Fövqəladə Hallar Nazirliyi, Hüquq-mühafizə orqanları və digər güc strukturları hadisə yerindədirlər. Binada evakuasiya işləri sona çatır. Yanğın zamanı xəsarət alanlar Təcili Tibbi yardım əməkdaşlarının köməyi ilə xəstəxanalara yerləşdirilib.

Binəqədi rayon İcra Hakimiyyəti hadisə olan yeri tam nəzarətə götürübdür.

Binada baş verən yanğın zamanı həlak olanlara Allahdan rəhmət və ailələrinə səbir diləyirik!”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm