Bakıda 27, rayonlarda 31 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 27, rayonlarda 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı istisna olunmur. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm